• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Ermənistan Solovyova görə Rusiyaya nota verib

Ermənistan Solovyova görə Rusiyaya nota verib
12.01.2026 18:05

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona rusiyalı jurnalist Vladimir Solovyovun açıqlamalarına görə etiraz notası təqdim edilib.Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

"Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona dövlət telekanalının proqramının efirində səsləndirilən açıqlamalarla bağlı dərin narahatlığın ifadə olunduğu etiraz məktubu təqdim edilib. Bu açıqlamalar Ermənistan Respublikasının suverenliyinə qəbuledilməz müdaxilə, düşmənçilik təzahürü və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin təməl prinsiplərinin kobud şəkildə pozulmasıdır", - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın açıqlamasında deyilir.

Solovyov bundan əvvəl Rusiyanın “Ermənistanı itirməsinin onun maraqlarına uyğun olmadığını” və Moskvanın, onun sözlərinə görə, beynəlxalq hüququ nəzərə almadan yalnız Ukraynada deyil, həmçinin təsir dairəsində hesab etdiyi ərazilərdə də “xüsusi hərbi əməliyyat” aparmalı olduğunu bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda etirazlar zamanı ölənlərin sayı 572 nəfərə çatıb
Dünya 20:16
İranda etirazlar zamanı ölənlərin sayı 572 nəfərə çatıb
Uitkoff və Əraqçi İrandakı vəziyyəti müzakirə edib
Dünya 19:10
Uitkoff və Əraqçi İrandakı vəziyyəti müzakirə edib
Ermənistan Solovyova görə Rusiyaya nota verib
Dünya 18:05
Ermənistan Solovyova görə Rusiyaya nota verib
Tramp özünü "NATO-nun xilaskarı" adlandırıb
Dünya 17:45
Tramp özünü "NATO-nun xilaskarı" adlandırıb

Kiprdə Rusiya səfirliyinin əməkdaşı ölü tapılıb
Dünya 17:11
Kiprdə Rusiya səfirliyinin əməkdaşı ölü tapılıb
2025-ci ildən sonra Qazaxıstan:institusional islahatlar və praqmatik kurs
Dünya 11:40
2025-ci ildən sonra Qazaxıstan:institusional islahatlar və praqmatik kurs
Tramp “Venesuela prezidentinin müvəqqəti səlahiyyətlərini” tutduğunu iddia edib
Dünya 10:29
Tramp “Venesuela prezidentinin müvəqqəti səlahiyyətlərini” tutduğunu iddia edib
Türkiyədə FETÖ əməliyyatıda 81 nəfər saxlanılıb
Dünya 10:27
Türkiyədə FETÖ əməliyyatıda 81 nəfər saxlanılıb
Tramp: İran danışıqlar təklif edib, ABŞ cavab variantlarını müzakirə edir
Dünya 09:32
Tramp: İran danışıqlar təklif edib, ABŞ cavab variantlarını müzakirə edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol