Tehran nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır - İran XİN
Tehran nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır, lakin bu, Vaşinqton tərəfindən təzyiq və diktə olmadan baş verməlidir.Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Biz nüvə dosyesi üzrə danışıqlar masasına əyləşməyə hazırıq, bir şərtlə ki, bu, təhdidlər və ya diktə olmadan həyata keçirilsin”, - nazir bildirib.
O, həmçinin Vaşinqtonun dürüst və ədalətli danışıqlara hazır olması barədə şübhələrini dilə gətirib, lakin əlavə edib ki, ABŞ hazır olduqda İran bu təklifi ciddi nəzərdən keçirəcək.
Son xəbərlər
Daha çox