ABŞ Venesuela neftini daşıyan daha bir tankeri ələ keçirib - Yenilənib
ABŞ qüvvələri Karib dənizində Venesuelaya bağlı neft daşıyan tanker “Veronica”nı saxlayıb və bu, ABŞ tərəfindən saxlanılan altıncı neft tankeri olub.
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı sosial media hesabında verdiyi açıqlamada bildirib ki, dəniz piyadaları və dənizçilər Daxili Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə “Gerald R. Ford” aviadaşıyıcısından çıхaraq tankeri “heç bir insident olmadan” ələ keçiriblər.
Komandanlıq açıqlamasında qeyd edib ki, “Veronica” ABŞ Prezidenti Donald Tramp tərəfindən Karib dənizində qüvvəyə minmiş sanksiyalı gəmilər üçün karantin qaydalarını pozub.
Məlumata görə, tanker Qayana bayrağı altında fəaliyyət göstərib.
Bazar ertəsi Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib ki, Vaşinqton administrasiyası ABŞ icazəsi olmadan Venesueladan çıxan tankerlərin saxlanmasına davam edəcək.
***
ABŞ Venesuela ilə əlaqəli daha bir tankeri ələ keçirib.
Bu barədə iki anonim ABŞ rəsmisi “Reuters“ agentliyinə məlumat verib.
Mənbələrin bildirdiyinə görə, hadisə ilə bağlı hələlik əlavə təfərrüatlar açıqlanmayıb.
Son xəbərlər
Daha çox