• $
  • £

Çində əhali dördünücü ildir ki, azalmağa davam edir

Çində əhali dördünücü ildir ki, azalmağa davam edir
19.01.2026 10:52

Çində əhali ardıcıl dördüncü ildir azalır və 2025-ci ildə ölkə tarixində ən aşağı doğum nisbəti qeydə alınıb. 

Çinin Milli Statistika Bürosunun açıqlamasına görə, 2025-ci ildə doğum nisbəti hər 1000 nəfərə 5,63 təşkil edib. Bu göstərici 2023-cü ildəki 6,39 promildən kəskin aşağıdır və azalma trendinin dayandırıla bilmədiyini göstərir.

Pekin hökuməti vəziyyəti çevirmək üçün nağd ödənişlər, nikah qeydiyyatının sadələşdirilməsi, pulsuz məktəbəqədər təhsil, vergi güzəştləri, mənzil alışı və kirayəsi üçün subsidiyalar, həmçinin uzadılmış analıq məzuniyyəti kimi tədbirləri işə salsa da, bu addımlar nəticə verməyib. Demoqrafik geriləmə davam edir.

CNN-in məlumatına görə, 2025-ci ildə 60 yaşdan yuxarı əhalinin sayı 323 milyona çatacaq, bu da ümumi əhalinin 23 faizi deməkdir.

BMT proqnozları isə daha sərtdir: 2100-cü ilə qədər Çin əhalisinin yarısının 60 yaşdan yuxarı ola biləcəyi gözlənilir. 

 Çin 2025-ci ildə 5 faiz artımla rəsmi hədəfə çatsa da, IV rübdə artım 4,5 faizə qədər yavaşlayıb – bu, COVID-19-dan sonrakı dövrdə ən zəif rüblük göstəricidir. Artım əsasən ixracın hesabına təmin edilib, daxili istehlak zəif qalıb. Buna baxmayaraq, ölkə rekord 1,2 trilyon dollarlıq ticarət profisiti əldə edib.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
Dünya 09:47
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Dünya 09:39
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
Dünya 09:19
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Dünya 08:55
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
Dünya 08:43
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol