• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Zelenski: ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd tam hazırdı

Zelenski: ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd tam hazırdı
26.01.2026 09:53

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ tərəfindən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı sənədin tam hazır olduğunu açıqlayıb.

Zelenski Vilnüsə səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada bildirib ki, sənəd tam şəkildə razılaşdırılıb və hazırda tərəfdaşlardan imzalanma tarixi və yerinin təsdiqlənməsi gözlənilir.

“Bizim üçün təhlükəsizlik zəmanətləri, ilk növbədə, ABŞ-dan gələn təhlükəsizlik zəmanətləridir. Sənəd 100 faiz hazırdır. İmzalandıqdan sonra o, təsdiq üçün ABŞ Konqresinə və Ukrayna Parlamentinə göndəriləcək”, –  Zelenski vurğulayıb.

Prezident, həmçinin 24–25 yanvar tarixlərində Əbu-Dabidə Ukrayna və Rusiya nümayəndələri, eləcə də ABŞ vasitəçilərinin iştirakı ilə keçirilən üçtərəfli görüşə də toxunub. Onun sözlərinə görə, Vaşinqtonun müharibəyə son qoymaq məqsədilə təklif etdiyi çərçivə müzakirə edilsə də, hələlik hər hansı razılıq əldə olunmayıb.

Zelenski qeyd edib ki, Əbu-Dabidə 20 maddəlik Amerika planı və problemli məsələlər ətrafında müzakirələr aparılıb.

 “Əvvəllər daha çox problemli məsələ var idi, indi onların sayı azalıb”, - o bildirib. 

O bildirib ki, Moskva Ukraynanın Rusiyanın nəzarətinə keçməyən şərq əraziləri ilə bağlı mövqeyini dəyişməyə çalışsa da, Kiyev ərazi bütövlüyü prinsipindən geri çəkilmir.

“Bunlar iki prinsipial fərqli mövqedir – Ukrayna və Rusiya mövqeləri. Amerikalılar kompromis tapmağa çalışırlar. Bunun üçün bütün tərəflər, o cümlədən ABŞ kompromislərə hazır olmalıdır”, –  Zelenski əlavə edib.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Venesuelada daha 80 siyasi məhbus azadlığa buraxılıb
Dünya 10:50
Venesuelada daha 80 siyasi məhbus azadlığa buraxılıb
Zelenski: ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd tam hazırdı
Dünya 09:53
Zelenski: ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd tam hazırdı
Paşinyan musiqi qrupu yaratdı
Dünya 21:08
Paşinyan musiqi qrupu yaratdı
Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi
Dünya 19:08
Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi
Qrenlandiya işıqsız və istiliksiz qaldı
Dünya 18:21
Qrenlandiya işıqsız və istiliksiz qaldı
Türkiyə ilə Qətər regional məsələləri müzakirə edib
Dünya 17:01
Türkiyə ilə Qətər regional məsələləri müzakirə edib
ABŞ-da fırtına səbəbindən 12 mindən çox aviareys ləğv edilib
Dünya 08:56
ABŞ-da fırtına səbəbindən 12 mindən çox aviareys ləğv edilib
ABŞ narkotik ticarəti gəmisinə zərbə endirdi
Dünya 17:59
ABŞ narkotik ticarəti gəmisinə zərbə endirdi
İran özünün nüvə proqramı ilə bağlı danışıqlar aparmayacaq
Dünya 16:28
İran özünün nüvə proqramı ilə bağlı danışıqlar aparmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol