İranda etirazlarda ölənlərin sayı 6 minə çatır
İranda iqtisadi problemlərə etiraz aksiyaları zamanı ölənlərin sayı 5 848 nəfəri keçib, 41 283 nəfər isə həbs olunub. Bu barədə HRANA xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, eyni zamanda 7 804 nəfər ağır yaralanıb, daha 17 091 ölüm hadisəsi isə araşdırılır.
ABŞ-ın Virciniya ştatında fəaliyyət göstərən agentlik qeyd edir ki, ölkədə hələ də geniş yayılmış internet kəsintiləri mövcuddur və buna görə də yerli əhalidən dəqiq məlumat toplamaq çətinləşir.
Qeyd olunur ki, ölkədəki iğtişaşlar iqtisadi vəziyyət və sosial narazılıqlar fonunda baş verib və etirazlar İranın müxtəlif şəhərlərində davam edir.
Gülnar
Son xəbərlər
Daha çox