• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir


Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
02.02.2026 17:36

Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsi "Gürcü Arzusu" fraksiyası tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsü çərçivəsində "Qrantlar haqqında" və əlaqəli digər qanunlara təklif olunan dəyişikliklər paketini birinci oxunuşda müzakirə edərək dəstəkləyib.

Parlamentin yaydığı məlumata görə, dəyişikliklər "qrant" anlayışını genişləndirir və dəqiqləşdirir.

Yeni tərifə əsasən, qrant - Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək niyyəti və ya inancı ilə həyata keçirilən və ya həyata keçiriləcək fəaliyyətlər üçün istifadə olunan vəsait hesab ediləcək. Bu, həmçinin Gürcüstanın daxili və xarici siyasətinin formalaşdırılması, həyata keçirilməsi və ya dəyişdirilməsinə yönəlmiş, eləcə də xarici dövlətlərin və ya xarici siyasi partiyaların siyasi və ictimai maraqları ilə bağlı fəaliyyətləri əhatə edir. Qrantlar nağd və ya natura formasında ola bilər.

Xaricdə qeydiyyatdan keçmiş, lakin əsas fəaliyyəti Gürcüstanla bağlı olan təşkilatlar qrant almadan əvvəl Gürcüstan hökumətindən müvafiq razılıq əldə etməlidirlər.

Dəyişikliklərə əsasən, texnologiya, ixtisaslaşmış bilik, bacarıq, təcrübə mübadiləsi, xidmətlər və digər yardım formaları müqabilində köçürülən vəsaitlər də qrant hesab ediləcək.

Cinayət Məcəlləsinə də dəyişiklik edilərək xaricdə lobbiçilik və siyasi fəaliyyət üçün ödənilən vəsaitlərin cinayət məsuliyyəti yaratması barədə norma əlavə olunur. Gürcüstanla bağlı məsələlərdə beynəlxalq səviyyədə ölkə adından çıxış etmək səlahiyyəti yalnız Gürcüstan hökumətinə məxsusdur.

Qanunvericilik paketinə əsasən, partiya-siyasi məqsədi olan və bunu açıq şəkildə bəyan edən fiziki və ya hüquqi şəxslər siyasi partiyalarla eyni tələblərə tabe olacaq. Bu isə onların xaricdən maliyyə almasını qadağan edir, hüquqi şəxslərdən ianə qəbulunu məhdudlaşdırır və gəlirlərin qanunla müəyyən olunmuş müddətdə bəyan edilməsini tələb edir.

Bundan əlavə, "Vətəndaşların siyasi birlikləri haqqında" üzvi qanuna planlaşdırılan dəyişikliklərə görə, illik gəlirinin 20 faizindən çoxunu xarici dövlətdən alan təşkilatda çalışan şəxslərin 8 il müddətinə siyasi partiya üzvü olması qadağan ediləcək.

Qanunvericilik paketində İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər nəzərdə tutulur. Yeni qaydalara əsasən, sahibkarlıq subyektinin əsas fəaliyyəti ilə bağlı olmayan ictimai-siyasi fəaliyyətlə məşğul olması inzibati xəta sayılacaq. Bu halda 20 min lari, təkrar pozuntu zamanı isə 40 min lari məbləğində cərimə tətbiq olunacaq.

Bu dəyişikliklər Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydaların daha da sərtləşdirilməsi kimi qiymətləndirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Əbu-Dabiyə səfər edəcək
Dünya 18:06
Paşinyan Əbu-Dabiyə səfər edəcək

Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Dünya 17:36
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir

İsrail Livanda Hizbullah mövqelərini bombalayıb
Dünya 17:23
İsrail Livanda Hizbullah mövqelərini bombalayıb

Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
Dünya 15:51
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək

Pezeşkian ABŞ-la danışıqlara başlamaq barədə göstəriş verib
Dünya 15:07
Pezeşkian ABŞ-la danışıqlara başlamaq barədə göstəriş verib

İsrail Livanda Hizbullah üzvünü zərərsizləşdirib
Dünya 14:50
İsrail Livanda Hizbullah üzvünü zərərsizləşdirib
Urmiya gölünün dirçəldilməsi üzrə səylər nəticə verməyib-İran rəsmisi
Dünya 12:47
Urmiya gölünün dirçəldilməsi üzrə səylər nəticə verməyib-İran rəsmisi

İndoneziyada torpaq sürüşməsində ölənlərin sayı artıb
Dünya 11:42
İndoneziyada torpaq sürüşməsində ölənlərin sayı artıb
Tramp Alfalfa Klubunda yeni ştatlarla bağlı zarafat edib
Dünya 10:57
Tramp Alfalfa Klubunda yeni ştatlarla bağlı zarafat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol