Rusiya Ermənistana xəbərdarlıq edib
Rusiya Ermənistanda parlament seçkiləri ərəfəsində Qərblə əlaqəli strukturların Moskvanı və Rusiya–Ermənistan münasibətlərini gözdən salmağa çalışdığını bildirib. Bu barədə Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin Rossiya-24 telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərb tərəfindən maliyyələşdirilən və əlaqələndirilən qeyri-hökumət təşkilatlarının fəaliyyəti nəzərəçarpacaq dərəcədə artıb və bu fəaliyyət Rusiyaya qarşı yönəlib.
Kopırkin bildirib ki, Moskvanın qiymətləndirməsinə əsasən, Avropa İttifaqı getdikcə daha çox militarizə olunmuş xarakter alır və Ermənistanda açıq şəkildə anti-Rusiya siyasəti aparır.
Səfir vurğulayıb ki, Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qaldığını əsas götürür və təşkilatda üzvlüyün “dondurulması” formatı mövcud deyil.
N.Təbrizli