Polşada hərbi hissənin ərazisinə naməlum PUA düşüb
Polşada Lejnitsa-Velka ərazisində 1-ci hava süvari batalyonunun ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.Bu barədə Polşanın hərbi polisi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Hərbi Jandarmın Lodz Şöbəsi fevralın 6-da Lejnitsa-Velkada 1-ci hava süvari batalyonunun ərazisinə düşən və heç bir zərər vurmayan PUA ilə bağlı araşdırma aparır. Hazırda hadisə yerində prosessual hərəkətlər davam etdirilir", – məlumatda bildirilib.
Qeyd olunub ki, hava obyektindən istifadə etməklə uçuşların həyata keçirilməsi, xüsusilə də hərbi təyinatlı ərazilər və obyektlər üzərində uçuşlar cinayət hesab olunur və buna görə 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.