• $
  • £

Qonşu ölkədə ana 3 və 5 yaşlı uşaqlarını beşinci mərtəbədən atıb

Qonşu ölkədə ana 3 və 5 yaşlı uşaqlarını beşinci mərtəbədən atıb
09.02.2026 15:11

Qazaxıstanda bir qadın iki azyaşlı övladını beşinci mərtəbənin pəncərəsindən atıb. Hadisə Taraz şəhərində baş verib. Bu barədə Jambıl vilayəti Polis İdarəsinə istinadən Nur.kz məlumat yayıb.

Polisin bildirdiyinə görə, 2021 və 2023-cü il təvəllüdlü uşaqlar hündürlükdən yıxılmasına baxmayaraq sağ qalıblar. Onlara qapalı kəllə-beyin travması və beyin ödemi diaqnozu qoyulub. Böyük uşağın bud sümüyünün yerindən tərpənmə ilə sınığı da aşkar edilib.

Həkimlər azyaşlıların həyatını xilas etmək üçün müalicəni davam etdirir. Uşaqlar baş, sinə və çanaq nahiyələrinin kompüter tomoqrafiyasından (KT) keçirilib, laparosentez aparılıb və ödem əleyhinə terapiyaya başlanılıb. Böyük uşağın ayağından cərrahi əməliyyat olunacağı bildirilir.

Hadisə ilə bağlı ilkin istintaq başladılıb. Şübhəli şəxs saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Hazırda zəruri istintaq hərəkətləri aparılır. Qadının bu addımı atmasının səbəbləri barədə rəsmi məlumat açıqlanmayıb.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa vətəndaşlarını İsrail, İran və Livanı dərhal tərk etməyə çağırdı
Dünya 00:14
Polşa vətəndaşlarını İsrail, İran və Livanı dərhal tərk etməyə çağırdı
NASA Aya astronavt göndərilməsini bir il təxirə salıb
Dünya 23:54
NASA Aya astronavt göndərilməsini bir il təxirə salıb
“Yandex”in həmtəsisçisi Rusiya vətəndaşlığından imtina edib
Dünya 23:24
“Yandex”in həmtəsisçisi Rusiya vətəndaşlığından imtina edib
Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb
Dünya 22:25
Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb
Rişi Sunak Zelenskinin müşaviri təyin olunub
Dünya 21:30
Rişi Sunak Zelenskinin müşaviri təyin olunub
Rubio gələn həftə İsrailə səfər edəcək
Dünya 20:58
Rubio gələn həftə İsrailə səfər edəcək
Britaniya diplomatlarını İrandan təxliyə edib
Dünya 20:07
Britaniya diplomatlarını İrandan təxliyə edib
"Taliban" Pakistandakı nüvə mərkəzini vurub
Dünya 15:23
"Taliban" Pakistandakı nüvə mərkəzini vurub
Paşinyan 30 illik həyat yoldaşından rəsmi olaraq ayrılıb
Dünya 10:53
Paşinyan 30 illik həyat yoldaşından rəsmi olaraq ayrılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol