Tramp-Netanyahu görüşü 3 saat davam edib - Yenilənib
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş təxminən üç saat davam edib.Bu barədə yəhudi dövlətinin Baş nazirinin ofisi məlumat yayıb.
Görüşdə ABŞ dövlət katibi Marko Rubio, hərbi nazir Pit Heqset, xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner, eləcə də səfir Mayk Hakabi də iştirak edib.
İsrail nümayəndə heyətində isə İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter, müdafiə naziri Roman Hoffman, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Gil Rayx, Baş nazirin yeni Aparat rəhbəri Maykl Ayzenberq və siyasi müşavir Ofir Falk yer alıb.
Görüşdə Vaşinqtonun İranla razılığa gələ bilməməsi halında birgə fəaliyyət planının hazırlanması müzakirə olunub.
***
Ağ Evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş başlayıb.Bu barədə CNN telekanalı məlumat yayıb.
Görüş bağlı qapılar arxasında keçirilir. Tramp və Netanyahunun ABŞ-İran nüvə danışıqlarını müzakirə edəcəyi gözlənilir.
Son xəbərlər
Daha çox