İsrail Müdafiə Qüvvələri İran xalqını "Mossad"la əməkdaşlığa çağırıb
İsrail Müdafiə Qüvvələri (IDF) İran xalqına çağırış edib.
Çağırış IDF-in farsdilli “X” hesabında yerləşdirilib.
IDF müraciətində İran xalqını İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlığa dəvət edib.
Çağırışda İran xalqından yalnız rəsmi kanallar vasitəsilə əlaqə qurmaq və istənilən əməkdaşlıq üçün təmasda olmaq xahiş olunub. Postda İsrail ordusunun və Mossad-ın sosial şəbəkə hesabları “yeganə etibarlı və rəsmi səhifələr” kimi göstərilib.