II Qareginin qardaşı və qardaşı oğlu ev dustaqlığına buraxılıb
Katolikos II Qareginin qardaşı Qevork Nersisyan və onun oğlu Ambarsum Nersisyan ev dustaqlığına buraxılıb.Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Qevork Nersisyan və Ambarsum Nersisyan barəsində olan həbs-qətimkan tədbiri dəyişdirilib, onlar bir milyon dram girov müqabilində 3 aylıq ev dustaqlığına buraxılıblar.
Qevork Nersisyan və Ambarsum Nersisyan noyabrın 3-də həbs olunublar. Onlar Vaqarşapatdakı seçkilərdə Qərbyönümlü Respublika Partiyasının seçki kampaniyasına maneçilik göstərməkdə ittiham olunurlar.
Son xəbərlər
Daha çox