Türk Hava Yolları 10 ölkəyə uçuşları ləğv etdi
Türk Hava Yolları (THY) 10 ölkəyə uçuşların ləğv edildiyini bəyan edib.Bu barədə THY-dən məlumat verilib.
"Bəzi Yaxın Şərq ölkələrində hava məkanının bağlanması səbəbindən Livan, Suriya, İraq, İran və İordaniyaya uçuşlarımız martın 2-nə qədər, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omana isə 28 fevral üçün ləğv edilib. Hava məkanındakı vəziyyət daim izlənilir və əlavə uçuşların ləğvi baş verə bilər", - deyə məlumatda bildirilib.
Son xəbərlər
Daha çox