İran Qətər, Bəhreyn, Küveyt və BƏƏ-dəki ABŞ hərbi bazalarına zərbə endirib - Yenilənib
İran Qətər, Bəhreyn, Küveyt və BƏƏ-də yerləşən ABŞ hərbi bazalarına zərbə endirib.Bu barədə “Fars” agentliyi məlumat yayıb.
***
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə partlayış səsləri eşidilib.Bu barədə CNN xəbər verir.
BƏƏ ordusu Əbu-Dabi səmasında İran raketlərini vurduğunu bildirib.
Eyni zamanda, Küveytdə də partlayış səsləri eşidilib, həyəcan siqnalları işə düşüb.