İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
Bu ilin yanvar-fevralında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 25,046,6 min manat məbləğində vəsait geri qaytarılıb. Bu barədə məlumatı Maliyyə Nazirliyi verib.
Vəsaitlərin geri qaytarılması əcnəbilərin ölkədə istehsal və kommersiya məqsədli olmayan malların alınması, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə mehmanxana xidmətlərinə ödənilmiş ƏDV-ni əhatə edir.
Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş ƏDV, artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.
Aytac