Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib
Rusiya qoşunları Ukraynanın Xarkov, Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, nəticədə 29 nəfər xəsarət alıb. Bu barədə Ukrayna mediası məlumat yayıb.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin məlumatına görə, Rusiya qoşunlarının vilayətə endirdiyi zərbələr nəticəsində 15 nəfər xəsarət alıb.
"Rusiyanın hücumları nəticəsində 15 nəfər yaralanıb, onlardan ikisi uşaqdır", - o, Telegram-da yazıb.
Aytac