Tramp: ABŞ İranda yaxşı liderlik görmək istəyir
Vaşinqton İranda “yaxşı rəhbərlik” görmək istəyir və hazırkı hakimiyyətin dəyişməsini arzulayır. Tramp bu barədə NBC News-a müsahibəsində danışıb.
“Biz gəlib hər şeyi təmizləmək istəyirik. Hər şeyi yenidən qurmaq üçün 10 il sərf edəcək birinə ehtiyacımız yoxdur. Onların yaxşı rəhbərliyə sahib olmasını istəyirik. Düşünürəm ki, yaxşı iş görə biləcək bir neçə nəfərimiz var”, – o deyib.
Tramp konkret şəxsin adını çəkməkdən imtina edib.
ABŞ prezidenti həmçinin ABŞ və İsrail qoşunlarının İrana qurudan hücum etməyə hazırlaşması ilə bağlı iddialara da münasibət bildirib. Onun sözlərinə görə, belə müzakirələr “vaxt itkisi”dir və hazırda bu cür plan yoxdur.
Gülnar