Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər.
Lavrov Moskvanın gərginliyin azaldılması ilə bağlı prinsipial mövqeyini bir daha vurğulayıb və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini qeyd edib.
O bildirib ki, Rusiya İranın və regiondakı qonşu ölkələrin təhlükəsizlik maraqları nəzərə alınmaqla münaqişənin həllinə kömək etməyə hazırdır.