İranla müharibə tezliklə sona çatacaq - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çata biləcəyini bildirib.O, bu barədə “Axios”a müsahibəsində danışıb.
Onun sözlərinə görə, müharibə istənilən vaxt başa çata bilər. ABŞ Prezidenti İranda “faktiki olaraq hədəf alınacaq çox az obyekt qaldığını” qeyd edib.
Tramp həmçinin əməliyyatların planlaşdırılandan daha sürətlə irəlilədiyini bildirib.
“Bu müharibə çox yaxşı gedir. Biz cədvəldən xeyli irəlidəyik”, – deyə o əlavə edib.
ABŞ Prezidenti endirilən zərbələrin İrana gözləniləndən daha böyük ziyan vurduğunu iddia edib.