KİV: Müctəba Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb
İranın yeni ali rəhbəri Müctəba Xamenei səhhəti və təhlükəsizlik səbəbləri ilə gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.Bu barədə Xameneiyə yaxın yüksəkvəzifəli mənbə “Al-Jarida” nəşrinə bildirib.
Məlumata görə, Moskvada ona cərrahi əməliyyat keçirilib və hazırda prezident saraylarından birinin nəzdində yerləşən özəl xəstəxanada müalicəsi davam edir.
Mənbə bildirib ki, fevralın 28-də İrana edilən ilk hücumlar zamanı Xamenei yaralanıb. Hücumların davam etməsi onun ölkə daxilində müalicəsini çətinləşdirdiyindən, sonradan Rusiyanın paytaxtına aparılması qərarı verilib.
Mənbənin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında Xameneinin Rusiyada müalicə olunmasını təklif edib. İran rəsmiləri, o cümlədən Xamenei bu təklifi nəzərdən keçirərək qəbul ediblər.
Son xəbərlər
Daha çox