Bütün Kuba qaranlığa qərq olub
Kuba Milli Elektroenergetika İttifaqının sosial şəbəkələrdə verdiyi məlumata görə, bütün Kuba elektrik enerjisiz qalıb.Bu barədə RBC xəbər verir.
"Milli elektroenergetika sistemində elektrik enerjisinin tam kəsilməsi baş verib. Elektrik təchizatının bərpası üçün tədbirlər görülür", - deyə məlumatda bildirilir.
"Blekaut" (elektrik enerjisinin kütləvi kəsilməsi) ABŞ-nin adaya qarşı tətbiq etdiyi neft blokadası fonunda baş verib. Son aylarda ölkədə yanacaq tədarükündə və elektrik enerjisində mütəmadi olaraq fasilələr qeydə alınır.
Son xəbərlər
Daha çox