Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdə gərginliyin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu ilə dialoqa hazır olduğunu bəyan edib.
Ukrayna lideri bu bəyanatı İsrailin "The Jerusalem Post" qəzetinə müsahibəsində verib.
Onun sözlərinə görə, İsrail tərəfi artıq danışıqların keçirilməsi təklifi ilə müraciət edib və Kiyev belə təmasa açıqdır.
V.Zelenski qeyd edib ki, tərəflərin əməkdaşlığa qarşılıqlı marağı var: "Netanyahuda mənə lazım olan və məndə isə ona lazım olan var. Buna görə də mən bu dialoqa hazıram".