Ötən iki ayda fiziki şəxslərin ölkəyə idxalı 30%-ə yaxın azalıb
2026-cı ilin yanvar-fevralında Azərbaycanın ümumi idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,2% azalaraq 2 milyard 599 milyon ABŞ dollarına bərabər olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal əməliyyatlarında dövlət sektorunun payı 7,98% ( 207,5 mln. dollar), özəl sektorun payı 82.55% ( 2 mlrd. 146 mln. dollar), fiziki şəxslərin payı isə 9.47% (246 mln. dollar) təşkil edib.
Ötən ilin yanvar-fevralı ilə müqayisədə dövlət sektorunun idxalı 8.5 dəfə, fiziki şəxslərin idxalı 29,2% azalıb, özəl sektorunun idxalı isə 5,9% artıb.
Ötən iki ayda dövlət sektorunun ixracı 1 milyard 333 milyon ABŞ dolları, özəl sektorun ixracı 2 milyard 318 milyon ABŞ dolları, fiziki şəxslərin ixracı isə 13,7 milyon ABŞ dolları təşkil edib.