Səudiyyə Ərəbistanının Yanbu limanı havadan hücuma məruz qalıb – Reuters
Səudiyyə Ərəbistanının ən böyük neft limanı olan Yanbu əl-Bəhr bu gün havadan hücuma məruz qalıb. Bu barədə Reuters xəbər agentliyi bir mənbəyə istinadən bildirib.
Hücumun hədəfi dəqiq müəyyən olunmayıb. İran mediası dünən gecə Yanbu neft emalı zavoduna raket hücumu edildiyini iddia edib. Liman hazırda krallığın yeganə neft ixrac məntəqəsi kimi fəaliyyət göstərir.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlamış, Tehran və digər şəhərləri hədəf almışdı. Cavab olaraq İran İsrail və regiondakı ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.
Martın 18-də Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Qətər, Küveyt, Livan, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyənin xarici işlər nazirləri birgə bəyanat yayaraq İranı hücumları dayandırmağa çağırıb.
Aytac
Son xəbərlər
Daha çox