İsrail ABŞ-ın Hörmüz boğazı əməliyyatına kəşfiyyat dəstəyi verməyə hazırlaşır – media
İsrail, ABŞ-ın İranın blokladığı Hörmüz boğazına nəzarəti ələ keçirmək üçün mümkün hərbi əməliyyat planına dəstək olaraq kəşfiyyat məlumatları təmin etməyə hazırlaşır. Bu barədə İsrail dövlət televiziya və radio şirkəti olan KAN bildirib.
Mənbələrə görə, İsrailin planı ilkin mərhələdə ABŞ və Fars körfəzi ölkələrinə kəşfiyyat dəstəyi göstərməklə məhdudlaşacaq, əməliyyatın isə bir neçə həftə davam edə biləcəyi qeyd olunur.
ABŞ bölgədə hərbi mövcudluğunu artırıb və Hörmüz boğazında potensial əməliyyata hazırlıq görür, o cümlədən Tripoli desant gəmisi və dəniz piyadaları bölmələri hərəkətə gətirilib. Məqsəd, İranın beynəlxalq ticarət yollarını bloklamasını aradan qaldırmaqdır.
Aytac