Ərdoğan və Şahbaz Şərif regiondakı vəziyyəti müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.
Liderlər Türkiyə-Pakistan ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyənin regionda sülh yönümlü səylərinin davam etdiyini və sabitliyin təmin olunması üçün addımlar atacağını bildirib.
O qeyd edib ki, Pakistanın təhlükəsizliyi Türkiyə üçün önəmlidir və davamlı sabitlik üçün birgə fəaliyyət davam etdiriləcək.
Telefon danışığı zamanı Əfqanıstandakı son vəziyyət də müzakirə olunub.