• $
  • £

Britaniyada yanacaq satışı məhdudlaşdırılıb


Britaniyada yanacaq satışı məhdudlaşdırılıb
24.03.2026 09:13

Böyük Britaniyada Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda kənd təsərrüfatı texnikası sahibləri üçün yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.

Bu barədə "The Daily Telegraph" nəşri məlumat yayıb.

Məlumata görə, İngiltərənin Esseks qraflığında, eləcə də Şotlandiyanın bir sıra rayonlarında topdansatış distribütorları qırmızı dizel yanacağının həcminə limitlər müəyyən ediblər.

"Biz resursların normalaşdırılmış paylanmasını müşahidə edirik. Topdansatış distribütorları maksimum sayda müraciət edəni yanacaqla təmin etmək üçün sifarişlərin həcmini azaltmaq məcburiyyətində qalıblar. Bir təsərrüfata 10 min litr çatdırmaq əvəzinə, onlar müxtəlif fermerlər arasında hər birinə 2 min litr olmaqla bölüşdürməyə məcburdurlar", - "Anglia Farmers" təşkilatının nümayəndəsi Patrik Krexan qeyd edib.

Davam edən gərginlik fonunda İran hakimiyyəti Hörmüz boğazının ABŞ və İsrail, eləcə də onlarla əlaqəli gəmilər üçün bağlandığını açıqlayıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Rusiya Ukraynaya kütləvi zərbələrə hazırlaşır
Dünya 10:00
Rusiya Ukraynaya kütləvi zərbələrə hazırlaşır
İranın ali dini liderinin hərbi müşaviri müharibənin bitməsi üçün üç şərt irəli sürüb
Dünya 09:40
İranın ali dini liderinin hərbi müşaviri müharibənin bitməsi üçün üç şərt irəli sürüb

Ukrayna PUA əleyhinə yeni dronlar alacaq
Dünya 09:25
Ukrayna PUA əleyhinə yeni dronlar alacaq

Britaniyada yanacaq satışı məhdudlaşdırılıb
Dünya 09:13
Britaniyada yanacaq satışı məhdudlaşdırılıb
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
Dünya 23:56
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
Türkiyədə tanınmış prodüser Erol Köse binadan yıxılaraq ölüb
Dünya 22:19
Türkiyədə tanınmış prodüser Erol Köse binadan yıxılaraq ölüb

"OnlyFans" xidmətinin sahibi 43 yaşında vəfat edib
Dünya 22:00
"OnlyFans" xidmətinin sahibi 43 yaşında vəfat edib

Tramp İranla danışıqların yeni raundunu elan edib
Dünya 21:41
Tramp İranla danışıqların yeni raundunu elan edib

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 80-i keçib
Dünya 21:11
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 80-i keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol