• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Aİ Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupu göndərəcək

Aİ Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupu göndərəcək
25.03.2026 15:00

Avropa İttifaqının üzv ölkələrinin xarici işlər nazirləri Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupunun göndərilməsinə razılıq veriblər.

Bu barədə "Azadlıq Radiosu"nun Ermənistan xidməti Brüssel mənbələrinə istinadən məlumat yayıb.

Missiyanın bəyanatında qeyd olunur ki, Ermənistan intensiv hibrid fəaliyyətlərə məruz qalır və bunların seçkilər ərəfəsində daha da kəskinləşməsi ehtimal olunur.

Missiyanın Ermənistana martın sonu və ya aprel ayının əvvəlində, 10–15 iş günü müddətinə göndərilməsi planlaşdırılır. 9–14 nəfərdən ibarət qrupun əsas vəzifəsi xarici informasiya manipulyasiyaları və müdaxilələrinə, həmçinin kiber təhlükələrə qarşı mübarizə aparmaqdır.

Qrup həmçinin hökumətə müxtəlif seçki ssenariləri zamanı böhran idarəçiliyi və kəşfiyyat məlumatlarının mübadiləsi üzrə məsləhətlər verəcək, qanunsuz seçki maliyyələşdirməsi hallarının aşkar edilməsində müvafiq orqanlara kömək edəcək və seçki proseslərinə xarici müdaxilə barədə ictimaiyyətin məlumatlılığını artıracaq.

Missiya başa çatdıqdan sonra hesabat hazırlanacaq və bu, Brüsselin Ermənistanla əlaqələrdə növbəti addımlarını müəyyən edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər

İran İsrailə yeni raket zərbələri endirməyə başlayıb
Dünya 16:10
İran İsrailə yeni raket zərbələri endirməyə başlayıb
Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb
Dünya 16:00
Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb
Rusiya Azərbaycan vasitəsilə İrana humanitar yardım göndərir
Dünya 15:25
Rusiya Azərbaycan vasitəsilə İrana humanitar yardım göndərir
Aİ Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupu göndərəcək
Dünya 15:00
Aİ Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupu göndərəcək
İran XİN: İran ABŞ-la heç bir danışıqlar aparmır
Dünya 13:16
İran XİN: İran ABŞ-la heç bir danışıqlar aparmır

KİV: İsrailin Livana zərbəsi nəticəsində 9 nəfər ölüb
Dünya 11:45
KİV: İsrailin Livana zərbəsi nəticəsində 9 nəfər ölüb

"Buşehr" AES-ə yenidənzərbə endirib
Dünya 10:40
"Buşehr" AES-ə yenidənzərbə endirib

Ukraynaya rekord saydadron hücumu olub
Dünya 10:09
Ukraynaya rekord saydadron hücumu olub

Ərdoğan: Türkiyə olaraq, bu yeni vəziyyətə hazırlıq görmüşük
Dünya 10:00
Ərdoğan: Türkiyə olaraq, bu yeni vəziyyətə hazırlıq görmüşük
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol