Bərzaninin evi dron hücumuna məruz qalıb
İraq Kürd Regional Hökumətinin (İKRH) prezidenti Nəçirvan Bərzaninin Duhokdakı iqamətgahı dron hücumuna məruz qalıb.Bu barədə “Reuters” xəbər verir.
Hadisə bu gün səhər saatlarında qeydə alınıb.Hücum zamanı hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat daxil olmayıb. Eyni zamanda, Duhokda Peşmərgə döyüşçülərinin bazası yaxınlığında daha bir dron müəyyən edilərək hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani hadisəni kəskin pisləyib və Bərzani ilə telefon əlaqəsi saxlayaraq dəstəyini ifadə edib.
Baş nazirin göstərişi ilə hadisənin araşdırılması, günahkarların tapılması və ölkənin suverenliyinin qorunması məqsədilə federal hökumət və regional hökumətin təhlükəsizlik qurumlarından ibarət birgə istintaq qrupu yaradılıb.
Bu hücum regionda davam edən gərginlik fonunda İraq Kürdüstanına qarşı həyata keçirilən növbəti hava zərbəsidir.