İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
İsrail Fransa ilə silah ticarətini dayandırıb.Bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Məlumatı İsrail Müdafiə Nazirliyi də təsdiqləyib.
Bildirilib ki, qərar Parisin son dövrdə İsrailə qarşı “düşmən mövqe” sərgiləməsi ilə əsaslandırılır.
Mənbələrin sözlərinə görə, Fransa tərəfindən İsrail şirkətlərinə qarşı tətbiq olunan məhdudiyyətlər, o cümlədən müdafiə sərgilərində iştirakla bağlı qadağalar və bəzi təşəbbüslərə dəstək bu addıma təsir edib.
Eyni zamanda qeyd olunur ki, qərarın praktiki təsirləri hələ tam aydın deyil. İsrailin əsas silah təchizatçıları arasında Fransa böyük paya malik deyil və mövcud müqavilələrin qüvvədə qalacağı gözlənilir.
Bildirilir ki, son illərdə, xüsusilə Ukraynada müharibənin başlanmasından sonra Avropada İsrailin hava hücumundan müdafiə və digər hərbi texnologiyalarına tələbat artıb.
Son xəbərlər
Daha çox