Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
ABŞ Prezidenti Donald Tramp aprelin 1-də İrana qarşı hərbi əməliyyatla bağlı xalqa müraciət edəcək. Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levit məlumat verib.
Bildirilib ki, müraciət Vaşinqton vaxtı ilə saat 21:00-da baş tutacaq və İranla bağlı “mühüm yeniliklər” açıqlanacaq.
Bundan əvvəl Tramp ABŞ-ın İrana qarşı əməliyyatının iki-üç həftə ərzində başa çata biləcəyini demişdi. Ağ Ev rəsmisi həmçinin qeyd edib ki, Vaşinqton aprelin 6-dək Tehranla razılığa gəlməyə çalışır.
Fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.
Gülnar