Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı aparıb.Bu barədə Əraqçi “Telegram” hesabında məlumat verib.
Məlumata görə, tərəflər ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, nazirlər Yaxın Şərqdəki vəziyyət, o cümlədən davam edən münaqişə fonunda gərginliyin azaldılması istiqamətində atılan addımları nəzərdən keçirib, həmçinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.