Pezeşkian beynəlxalq təşkilatlara çağırış edib
İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin ölkədə səhiyyə obyektlərinə hücumlarını pisləyib.Bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Pezeşkian ABŞ və İsrailin İrandakı xəstəxanalar, əczaçılıq şirkətləri və Paster İnstitutuna zərbələrini anlaşılmaz adlandırıb və beynəlxalq ictimaiyyəti reaksiya verməyə çağırıb.
“Bir həkim kimi Ümumdünya Səhiyyə Təşkilatını, Beynəlxalq Qırmızı Xaç Komitəsini, ‘Sərhədsiz Həkimlər’i və bütün dünya həkimlərini bəşəriyyətə qarşı bu cinayətə qarşı çıxmağa çağırıram”, – deyə Pezeşkian bildirib.