ABŞ ordusunun baş qərargah rəisi vəzifəsindən azad edilib
ABŞ müdafiə naziri Pit Heqseth ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Rendi Corcu vəzifəsindən azad edib. Bu barədə Reuters mənbələri bildirib.
Pentaqon Corcun səlahiyyət müddətinin başa çatmasına bir ildən çox qalmış 41-ci baş qərargah rəisi postundan istefaya göndərildiyini təsdiqləyib. Nazirlik onun uzunmüddətli xidmətinə görə təşəkkür edib və təqaüd həyatında uğurlar arzulayıb.
Mənbələrin sözlərinə görə, Heqseth həmçinin Ordu Transformasiya və Hazırlıq Komandanlığının rəhbəri general Devid Hodnini və Ordu Kapellan Korpusunun rəhbəri general-mayor Uilyam Qrini də vəzifələrindən azad edib.
Gülnar Nazimqızı