Türkiyə üç dənizi əhatə edən genişmiqyaslı hərbi təlim keçirir
Türkiyənin Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən genişmiqyaslı hərbi təlimə başlayıb.Bu barədə nazirliyin "X" hesabında məlumat paylaşılıb.
Nazirliyin bildirdiyinə görə, “Mavi Vətən-26” təlimi Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Komandanlığının iştirakı ilə keçirilir.
Təlimə ümumilikdə 120 gəmi və 50 hava vasitəsi cəlb olunub.