İran ordusu İordaniya, Küveyt və Bəhreynə PUA hücumu həyata keçirib
İran ordusu ABŞ və İsrailin hücumlarına cavab olaraq İordaniya, Küveyt və Bəhreyndə ABŞ ilə əlaqəli hərbi və logistik hədəflərə dron zərbələri endirib.Bu barədə İranın Mehr Agentliyi məlumat yayıb.
Məlumata görə, zərbələr İordaniyada ABŞ qüvvələrinin istifadə etdiyi avadanlıq anbarı və qoşun yerləşdirmə obyektlərini hədəf alıb.
Agentlik qeyd edib ki, Küveytdə ABŞ qüvvələrinin yerləşdiyi “Arifcan” bazası yaxınlığındakı ərazilər və hərbi təchizat zəncirləri ilə əlaqəli obyektlər də hücuma məruz qalıb. Bəhreyndə isə strateji sənaye infrastrukturu, o cümlədən “Aluminium Bahrain” şirkəti ilə əlaqəli obyektlərin hədəf alındığı bildirilib.