Dağıstanda regional fövqəladə vəziyyət elan edildi
Dağıstanda genişmiqyaslı daşqınlar səbəbindən regional səviyyədə fövqəladə vəziyyət elan olunub və onun yaxın vaxtlarda federal səviyyəyə yüksəldilməsi gözlənilir.Bu barədə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Prezident Vladimir Putinə hesabatı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, hökumət komissiyası yaxın vaxtlarda fövqəladə vəziyyət rejiminin gücləndirilməsi ilə bağlı qərar qəbul edəcək.
Bundan əvvəl sinoptiklər aprelin 10-da regiona yeni siklonun təsir edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Güclü yağışların yaratdığı daşqınlar nəticəsində bölgədə ciddi fəsadlar qeydə alınıb və fövqəladə xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.