Media: İsrail atəşkəsə baxmayaraq İrana zərbələri davam etdirir
İsrail Hərbi Hava Qüvvələri ABŞ tərəfindən elan olunan atəşkəsə baxmayaraq İrana zərbələr endirməyə davam edir. Bu barədə The Times of Israel məlumat yayıb.
Nəşrin yazdığına görə, İranın İsrail ərazisinə raket atışlarını davam etdirdiyi bildirilir və Ağ Ev bunu atəşkəs razılaşmasının bir hissəsi kimi qiymətləndirir. ABŞ prezidenti Donald Tramp isə İranın Hörmüz boğazının açıq qalmasına razılıq verməsini “ikitərəfli atəşkəs”in əsas şərti kimi təqdim edib.
Eyni zamanda, Pakistanın Baş naziri Şahbaz Şərif atəşkəsin dərhal qüvvəyə mindiyini və regionun digər ölkələrini, o cümlədən Livanı da əhatə etdiyini bildirib.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri atəşkəsin qüvvəyə minməli olduğu vaxtdan sonra İrandan iki dəfə raket atəşi qeydə alındığını açıqlayıb. Nəşr həmçinin İsrailin Livandakı Hizbullah hərəkatına qarşı əməliyyatlarının davam etdiyini qeyd edir.
Bundan əvvəl Tramp İranla iki həftəlik atəşkəs elan etdiyini və bombardmanların dayandırılması barədə razılıq əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, qərar Pakistanın ordu rəhbərliyi ilə aparılan danışıqlardan sonra qəbul edilib.
Aytac
Son xəbərlər
Daha çox