İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
ABŞ vitse-prezidenti Cey Di Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və Ağ Evin müşaviri Cared Kuşner İslamabadda İran nümayəndə heyəti ilə danışıqlara yollanacaqlar.Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə nümayəndə heyəti həftəsonu danışıqlar aparmaq üçün İslamabada yollanır. İlk görüşün şənbə günü yerli vaxtla səhər saatlarında keçirilməsi planlaşdırılır.
Levitt əlavə edib ki, danışıqlar Pakistanın vasitəçiliyi ilə təşkil olunur.
İran, ABŞ və onların müttəfiqləri arasında 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılaşma əldə olunub. Razılaşmaya əsasən, bu müddətdə Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran nümayəndə heyətlərini aprelin 10-da İslamabadda danışıqlara dəvət edib.
Son xəbərlər
Daha çox