Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.Bu barədə “TRT Haber” məlumat yayıb.
Danışıq zamanı Ərdoğan Türkiyənin müvafiq tərəfdaşlarla birlikdə atəşkəs və sülh proseslərinə dəstək verdiyini bildirib və yaxın günlərdə başlanacaq danışıqların davamlı sabitlik üçün imkan yaratmalı olduğunu vurğulayıb.
O, Türkiyənin bu prosesdə dost ölkələrlə birgə hər cür dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Ərdoğan həmçinin İranda baş verən itkilərlə bağlı Pezeşkiana başsağlığı verib.
Son xəbərlər
Daha çox