Nyu-York metrosunda sərnişinlərə hücum edilib
Nyu-Yorkun Mərkəzi vağzalında maçeteli kişi metro sərnişinlərinə hücum edib.Bu barədə "The New York Post" qəzeti yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hücum edən şəxs üç nəfəri - 85 yaşlı kişi, 70 yaşlı qadın və 65 yaşlı kişini yaralayıb. Həmçinin iki polis əməkdaşı xəsarət alıb. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Hücum edən şəxs müqavimət göstərməyə cəhd edərkən polislər tərəfindən güllələnib. Onun şəxsiyyəti müəyyən edilməyib.
Oxşar xəbərlər
Oxşar xəbərlər