• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb
04.10.2026 18:56

Almaniya Ukraynaya ümumi dəyəri 1,3 milyard avrodan çox olan yeni hərtərəfli yardım paketi ayırıb.Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Mertslə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, paketə silah tədarükü, Ukraynanın enerji sektoruna dəstək, eləcə də Rusiyanın istifadə etdiyi reaktiv "Shahed" PUA-larına qarşı yeni ələkeçirici dronların istehsalının maliyyələşdirilməsi daxildir.

"Ukrayna üçün dəyəri 1,3 milyard avrodan çox olan yeni hərtərəfli dəstək paketi var. Buraya hazırda bizə kömək edəcək silahlar, enerji sektorumuza dəstək, həmçinin qarşıdan gələn qış üçün çox mühüm enerji paketi daxildir", – Zelenski deyib.

Almaniya kansleri Fridrix Merts isə bildirib ki, yardım paketinin təxminən 1 milyard avrosu hərbi dəstəyə, 350 milyon avrosu isə enerji sektoruna yönəldiləcək.

Zelenskinin sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair 15 saziş və sənəd də imzalanıb. Sənədlər silah istehsalı və satınalmaları, Ukraynanın Almaniya sənayesi üçün sifarişləri, həmçinin Ukraynada həyata keçiriləcək birgə layihələri əhatə edir.

Ukrayna Prezidenti bu razılaşmaların ümumi dəyərinin 8,5 milyard avrodan çox olduğunu bildirib.

Merts Ukrayna ilə əlavə hərbi əməkdaşlıq barədə razılıq əldə olunduğunu bildirib, lakin bununla bağlı detalları açıqlamayıb.

"Almaniya limitsiz olaraq Ukraynanın yanındadır. Ukraynanı həlledici həftə gözləyir, ona görə də mən bu gün Kiyevdəyəm", – kansler deyib.

Merts həmçinin Rusiyanın müharibəni uzun müddət davam etdirmək imkanlarının məhdud olduğunu bildirib və ölkə iqtisadiyyatının müharibənin təsiri ilə ciddi təzyiq altında qaldığını vurğulayıb.

Kanslerin sözlərinə görə, Almaniya ilə Ukrayna arasında əməkdaşlıq yalnız hərbi yardımla məhdudlaşmamalı, birgə layihələri və biznes əlaqələrini də əhatə etməlidir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol