• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

Sovet avtomobil sənayesinin əfsanəsi - FOTOLAR

Sovet avtomobil sənayesinin əfsanəsi - FOTOLAR
29.05.2020 06:11
Rüstəm Qasımov

Heykəlin və avto-incəsənətin sintezi nə qədər uğurlu alına bilər?

Sovet avtomobil sənayesinin əsl əfsanəsi olan "Volqa QAZ-21" həqiqətən xalqın olmuşdu.

Bu avtomobil nəinki öz təkrarolunmaz görünüşü ilə, həm də orijinal dizaynı və motorunun gücü ilə fərqlənir.

Bu avtomobil SSRİ-nin bütün regionlarında məşhurluq qazanmış bir çox sovet filmlərinin qəhrəmanı oldu.

"Avtomobildən qorun” və "Brilliant əl” kimi əfsanəvi filmlərdə "Volqa QAZ-21"-in" iştirakı nəyə desən dəyər.

"Volqa QAZ-21" Qorki avtomobil zavodunun fəaliyyətiylə yanaşı, həm də sovet dövlətinin həyatı və onun vətəndaşları ilə assosiasiya olunur. Maşın o vaxt üçün bahalı həzz idi, bəziləri üçünsə əlçatmaz arzu. Günəşin şüaları altında parıldayan xromlanmış maral avtomobilə incəlik çalarları bəxş edirdi və bu maşın çoxlarının arzusuna çevrildi.

Bu avtomobil özünə diqqət cəlb etməyə bilməz. Təəssüf ki, "Volqa QAZ- 21" artıq retro-avtomobilə çevrilib, bu gün nadir hallarda bizim şəhərimizin küçələrində bu maşını görərsiniz, çünki paytaxt ən son model xarici avtomobillərlə dolub-daşır.

Bu gün "Volqa QAZ -21"-i daha çox köhnə həyətdə və ya zibillikdə aşkar etmək olar, burada əfsanəvi maşının heç kəsə lazım olmayan kuzovu sərilib qalıb. Ancaq bizim şəhərimizdə keçmişin həvəskarların rast gəlinir, onlar avtomobil kolleksiyası toplayırlar və əfsanəvi modelləri bərpa edirlər, "Volqa QAZ -21" də daxil olmaqla. Bu avtomobilə xarici görünüşünə və gücünə görə tank da deyirlər.

Amma belə üslublu maşın yalnız avtomobil pərəstişkarlarında deyil, həm də incəsənət nümayəndələrində də maraq doğurur, məsələn, məşhur rəssam və heykəltəraş Məmməd Rəşidov əfsanəvi model olan "Volqa QAZ- 21"i dirçəltməyə və yeni çalarlarda təqdim etməyə çalışıb. O, heykəltəraşlıq məharətindən və orijinal ideyadan istifadə edərək, maşının üzərini əvvəlcədən rənglənmiş şüşə qırıntıları ilə bərkidib. Bununla da avtomobil yeni rəngli naxış alıb.

Heykəltəraş Rəşidov bizə dedi ki, belə qeyri-adi heykəlin yaradılması ideyası çoxdan onun fikrində var idi. Amma bunu reallaşdırmaq imkanı yalnız "Fireland vineyards" şərab zavodunda ("Odlar Yurdunun Üzümlükləri") keçirilmiş "Abşeronun Rəngləri" adlı sərginə mümkün oldu. Sərgi "Fireland vineyards"-in dəstəyi ilə Emin Qəhrəmanovun "EmArt studio"- təsviri incəsənət studiyası, Azərbaycan rəssamlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilib.

ANN.Az
 



















Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlılar İŞİD-i parçalayır - FAKTLAR
Dünya 06:12
Azərbaycanlılar İŞİD-i parçalayır - FAKTLAR
Sovet avtomobil sənayesinin əfsanəsi - FOTOLAR
Dünya 06:11
Sovet avtomobil sənayesinin əfsanəsi - FOTOLAR
Mafiya babalarının gözqamaşdıran məzar daşları - FOTOLAR
Dünya 23:09
Mafiya babalarının gözqamaşdıran məzar daşları - FOTOLAR
Qərbi Avropa şəhəri: Vyana - FOTOLAR
Dünya 19:41
Qərbi Avropa şəhəri: Vyana - FOTOLAR
Dünyanın
Dünya 21:24
Dünyanın "Gözəllik xəritəsi" tərtib edildi - FOTOLAR
Türkiyədəki suriyalı qaçqınlar: onlar necə yaşayırlar? - FOTOLAR
Dünya 10:00
Türkiyədəki suriyalı qaçqınlar: onlar necə yaşayırlar? - FOTOLAR
Dünyanın ən təhlükəli gecəqonduları
Dünya 16:17
Dünyanın ən təhlükəli gecəqonduları
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol