• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Yaponiya İŞİD-ə təslim oldu

Yaponiya İŞİD-ə təslim oldu
29.05.2020 06:43
Yaponiyanın Əmmandakı (İordaniya paytaxtı) səfirliyinin yaydığı məlumata görə, İordaniya və Yaponiya hökuməti əsirlərin buraxılması müqabilində tələb olunan kamikadze qadını onlara təslim etməyə hazırdır.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ötən həftə iki yapon vətəndaşının əlində əsir olduğunu və onların azadlığı müqabilində 200 milyon dollar girov tələb edən terror təşkilatı vaxtın bitməsindən sonra əsirlərdən birini edam etmişdi. Dünən isə İŞİD yeni bir video yayımladı və digər yapon əsirlə bərabər bir neçə ay əvvəl terrorçuların əlinə düşən iordaniyalı pilotun azadlığa buraxılması müqabilində kamikadze qadın Saside Rişavinin azadlığa buraxılmasını tələb etdi. Terrorçuları bu tələblərin yerinə yetirilməsi üçün hər iki hökumətə 24 saat vaxt vermişdi.

2005-ci ildə Əmmanda həyata keçirmək istədiyi terror nəticəsində üstündəki bombalar partlamadığına görə həbs olunan Saside Rişavin eyni zamanda şəhərin ən böyük otelinin partladılmasında və 60 nəfərin öldürülməsində günahkar bilinir. Hazırda 34 yaşında olan Saside "Əl Qaidə"nin İraq qolunun yüksək səviyyəli rəhbərlərinin birinin bacısı olduğu bildirilir.

ANN.Az

 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünya 09:05
"Boko Haram" yüzlərlə insanın boğazını kəsərək öldürdü
Fransada jurnalistlərin güllələnmə anı +18 VİDEO
Dünya 06:43
Fransada jurnalistlərin güllələnmə anı +18 VİDEO
Yaponiya İŞİD-ə təslim oldu
Dünya 06:43
Yaponiya İŞİD-ə təslim oldu
Avtobusda yer üstündə dava - VİDEO
Dünya 06:43
Avtobusda yer üstündə dava - VİDEO
Gəlib-gedənə Avro payladı, amma... - VİDEO
Dünya 06:42
Gəlib-gedənə Avro payladı, amma... - VİDEO
Mərkəzi Bankın sədrinə hücum - VİDEO
Dünya 06:42
Mərkəzi Bankın sədrinə hücum - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol