• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycanlılar və avtomaydançılar arasında kütləvi dava – VİDEO

Azərbaycanlılar və avtomaydançılar arasında kütləvi dava – VİDEO
28.05.2020 22:44
Fevral ayının 2-də Ukraynanın Odessa şəhərində Azərbaycan diasporası və avtomaydançıların fəalları arasında münaqişə baş verib.

Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hər şey "Avtomaydan”ın Odessa lideri Yevgeni Rezvuşkinin cipinin təkərlərinin azərbaycanlılar tərəfindən deşilməsindən sonra başlayıb.

Xəbər verildiyi kimi Rezvuşkin və onun avtomaydanı Odessa prokurorunun sifarişlərini yerinə yetirərək, yerli prokurora işləyirlər. Məhz bu fəaliyyət qarşıdurmaya səbəb olub.

 Əslində söhbət adi bandit qarşıdurmasından gedir: onlarla maskalı və hərbi formada "Avtomaydan” fəalı Azərbaycan diasporasının nümayəndələri ilə dalaşıblar.

Hadisə yerinə gələn xüsusi təyinatlı milis dəstələri kütləvi davanın qarşısını alıb. Onlar operativ şəkildə Slobodkaya gələrək münaqişə iştirakçılarını ayırıblar.

Qarşıdurma nəticəsində bir neçə avtomobilə ziyan dəyib, eləcə də Odessa Avtomaydanının nümayəndəsinin üzü zədələnib.

"Onlar münasibəti aydınlaşdırmaq üçün yığışmışdılar. Vətəndaşların məlumatına görə, ora milis göndərilib, xüsusi əməliyyat nəticəsində davanı dayandırmaq mümkün olub. Heç kim saxlanılmayıb. İki maşının təkəri deşilib”, - vilayət üzrə Dİİ-nin mətbuat xidmətinin rəhbəri Vladimir Şablienko Vgorode.ua-ya bildirib.

Versiyalardan birinə görə tərəflər arasında münaqişə uzun müddətdir ki, davam edir.

KİV-in məlumatına əsasən, dava "Nimfa” mühafizə firması və bələdiyyənin ticarət idarəsi ilə münaqişədə olan sahibkara hücum ilə əlaqədar olub.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna prezidentini vurmaq istəyən azərbaycanlı məhv edildi - VİDEO
Dünya 06:38
Ukrayna prezidentini vurmaq istəyən azərbaycanlı məhv edildi - VİDEO
Tarixi Kappadokiyadan möhtəşəm görüntülər - VİDEO
Dünya 06:37
Tarixi Kappadokiyadan möhtəşəm görüntülər - VİDEO
Azərbaycanlılar və avtomaydançılar arasında kütləvi dava – VİDEO
Dünya 22:44
Azərbaycanlılar və avtomaydançılar arasında kütləvi dava – VİDEO
Şəkinin məşhur hava proqnozu Türkiyənin “Milyonçu” verilişində - VİDEO
Dünya 09:12
Şəkinin məşhur hava proqnozu Türkiyənin “Milyonçu” verilişində - VİDEO
Benzindoldurma məntəqəsində partlayış - VİDEO
Dünya 16:42
Benzindoldurma məntəqəsində partlayış - VİDEO
Gözəllik yarışmasında qısqanclıq davası - VİDEO
Dünya 10:46
Gözəllik yarışmasında qısqanclıq davası - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol