• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

"Boko Haram" yüzlərlə insanın boğazını kəsərək öldürdü

29.05.2020 09:05
"Boko Haram"ın növbəti dəhşəti
 
ANN.Az cnnturk.com-a istinadən xəbər verir ki, Nigeriyada fəaliyyət göstərən terror təşkilatı "Boko Haram" Kamerunun şimalında olan bir qəsəbəyə hücum edib. Cihadçıların ən az 100 adamı öldürdüyü deyilir.

İŞİD-ın İraq və Suriyada etdiyi kimi, Nigeriya, Çad və Kamerunu əhatə edən bir xəlifəlik qurmağı planlaşdıran təşkilata qarşı Çad ordusu da geniş miqyaslı əməliyyat başladıb.

Nigeriyada fəaliyyət göstərən radikal İslamçı təşkilat "Boko Haram" Kamerunun şimalında olan Fotokol qəsəbəsinə hücum edib. Qəsəbədəki hər evə tək-tək girən "Boko Haram" üzvləri aralarında 3 məscidin də olduğu bir çox yerdə yanğən törədib. Şahidlərin dediklərinə görə, cihadçı təşkilat ən az 100 adamı, evlərində və məsciddə boğazlarını kəsərək öldürüb.

Kamerun dövlət rəsmiləri hücumla əlaqədar məlumat verməyi rədd edib.

Radikal İslamçı təşkilatla Nigeriyadakı mübarizə isə davam edir. Çad ordusu "Boko Haram"a qarşı irimiqyaslı əməliyyatları davam etdirir. Dövlət televiziyasının verdiyi məlumata görə, Çad ordusunun əməliyyatı Nigeriyanın şimalında olan Qambaru və Niqalada reallaşdırılıb.  Əməliyyatda təşkilata aid düşərgələr tamamilə yox edilib. Başverən qarşıdurmalarda 200-dən çox insan öldürülüb və 9 Çad əsgəri də həyatını itirib.

Associated Press-in məlumatına görə, təşkil edilən bu əməliyyat "Boko Haram"a qarşı bugünə qədər edilən ən böyük əməliyyatdır.
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünya 09:05
"Boko Haram" yüzlərlə insanın boğazını kəsərək öldürdü
Fransada jurnalistlərin güllələnmə anı +18 VİDEO
Dünya 06:43
Fransada jurnalistlərin güllələnmə anı +18 VİDEO
Yaponiya İŞİD-ə təslim oldu
Dünya 06:43
Yaponiya İŞİD-ə təslim oldu
Avtobusda yer üstündə dava - VİDEO
Dünya 06:43
Avtobusda yer üstündə dava - VİDEO
Gəlib-gedənə Avro payladı, amma... - VİDEO
Dünya 06:42
Gəlib-gedənə Avro payladı, amma... - VİDEO
Mərkəzi Bankın sədrinə hücum - VİDEO
Dünya 06:42
Mərkəzi Bankın sədrinə hücum - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol