Saqqal uzadanlara 6 illik həbs cəzası
![Saqqal uzadanlara 6 illik həbs cəzası Saqqal uzadanlara 6 illik həbs cəzası](https://anews.az/photo/850x500/2015-03/1427692338_30-1.jpg)
Çinin Şərqi Türküstan əyalətində yaşayan müsəlmanlardan biri "saqqal uzadaraq asayişi pozub" adı altında 6 il həbs cəzasına məhkum edilib
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Çin hökuməti Şərq Türkitanda yaşayan müsəlmanlardan birini saqqal saxladığına görə azadlıqdan məhrum edib. "China Youth Daily" qəzetinin xəbərinə görə, təkcə 38 yaşlı müsəlman kişi deyil, eyni zamanda onun xanımı da "çadra geyinib rübənd atdığına" görə 2.5 il həbs cəzasına məhkum edilib.
Qəzetin yazdığına görə, ailə 2010-cu ildən müsəlman adət-ənənələrinə riayət etməyə başlayıb - kişi saqqal saxlamağa, qadın isə örtünməyə başalyıb. Xəbərdə deyilir ki, ailəyə dəfələrlə xəbərdarlıq edilib, daha sonra yerli qanunlara görə "sabitliyin pozulması və münaqişə törətmək" ittihamı ilə həbs olunublar.
Şərqi Türküstan bölgəsində Çin rəsmiləri son bir ildə saqqal uzadılmasına qarşı kampaniyalar təşkil edir, kampaniyalar çərçivəsində qadınlara başlarını örtməməyə çağırış edir və çadraya etinasızlıq tövsiyələri irəli sürülür.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)