• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

XİN-dən Rusiyanın silah üçün Ermənistana 200 milyon dollar ayırmasına münasibət

XİN-dən Rusiyanın silah üçün Ermənistana 200 milyon dollar ayırmasına münasibət
06.07.2015 19:31
"Bu qəbildən olan silah-sursat Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşdirilməməlidir"

"Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, bu qəbildən olan silah-sursat Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşdirilməməlidir”.
 
Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev silah-sursat alınması və hərbi modernizasiya ilə bağlı Rusiya tərəfindən Ermənistana 200 milyon dollar məbləğində güzəştli kredit ayrılmasına münasibət bildirərkən deyib.  
 
H. Hacıyevin sözlərinə görə, hazırda bu məsələ Azərbaycan tərəfindən araşdırılır.
 
"İşğal olunmuş ərazilərdə beynəlxalq hüquqa zidd olaraq, bu kimi silah-sursatın yerləşdirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərər yetirə bilər”, - deyə XİN sözçüsü qeyd edib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN-dən Rusiyanın silah üçün Ermənistana 200 milyon dollar ayırmasına münasibət
Dünya 19:31
XİN-dən Rusiyanın silah üçün Ermənistana 200 milyon dollar ayırmasına münasibət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol