"X" istifadəçilərin şəxsi məlumatlarını toplayacaq
"X" sosial media platformasının biometrik məlumatları ilə istifadəçilərin işi və təhsili haqqında məlumat toplamağa başlayacağını açıqlanıb. Bu barədə məlumatı Bloomberg verib.
"X" sosial media platformasl məxfilik siyasətini yeniləyib. Şirkət yeni siyasətində istifadəçilərin icazəsindən asılı olaraq biometrik məlumatların təhlükəsizlik və identifikasiya məqsədləri üçün toplanaraq istifadə oluna biləcəyini açıqlayıb.
Digər tərəfdən, "biometrik məlumat” digər texnologiya şirkətləri tərəfindən insanların üz, göz və barmaq izlərindən əldə edilən məlumatları müəyyən etmək üçün istifadə edilərkən, "X"-in bu təriflər nəyi ifadə etdiyi, bu məlumatları necə toplayacağı və ya necə istifadə ediləcəyi bilinmir.
"X"-in nümayəndəsi yeni siyasət dəyişikliyinin edildiyini təsdiqləyərək, məsələ ilə bağlı əlavə təfərrüatlar verməyib.
Şirkətin həmçinin istifadəçilərin peşələri və təhsilləri haqqında daha çox məlumat toplamaq məqsədi daşıdığı bildirilib.
Əvvəlki məxfilik siyasətində biometrik məlumatlar və ya istifadəçilərin təhsili və iş tarixçəsi ilə bağlı heç bir müddəa yoxdur.
Rabia Hale Seferoğlu
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox